Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilib

Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilib

-Mayın 19-da Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilir. 1919-cu ildə Milli Qurtuluş Savaşının başlanması münasibətilə təsis edilmiş bu bayramın ildönümü ilə əlaqədar ölkədə bir günlük tətil keçirilib.

Bayram münasibətilə gənclik və idman naziri Akif Çağatay Kılıçın rəhbərliyi ilə ölkə ictimaiyyətinin təmsilçiləri Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtkabir abidəsini ziyarət ediblər.

Bayram tədbirləri ölkənin ayrı-ayrı yerlərində müxtəlif formalarda qeyd olunub.

Bayram mərasimlərində mayın 13-də Manisa vilayətində baş vermiş mədən qəzasında həlak olanların əziz xatirəsi də ehtiramla yad olunub.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə