Heydər Əliyev Mərkəzində daha iki ailənin təməli qoyuldu

Heydər Əliyev Mərkəzində daha iki ailənin təməli qoyuldu

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki yeni ailə quran gənclərin nikah mərasimi təşkil olunub. Ailə həyatı quran gənclər və mərasim iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkındakı abidəsini ziyarət etmiş və önünə güllər düzüblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin əməkdaşı Gülnar Hüseynli mövcud qanunvericiliyə uyğun olaraq nikahları rəsmiləşdirib və gənclərə şəhadətnamələrini təqdim edib.

Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev və Zərifə Əliyeva kimi nümunəvi bir ailə qurmağı və bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulamışdır. Yeni ailələrə Suraxanı rayonunun rəhbərliyi adından hədiyyələr təqdim edilib.

Ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirib və sülh rəmzi olan ağ göyərçinləri səmaya buraxıblar. Yeni ailə quranlar "Gənclər bağı"nda yeni salınmış "Sevən ürəklər" guşəsində sərv ağacları əkiblər.

Heydər Əliyev parkında musiqili fəvvarələrin ətrafında tədbir davam edib. Burada fişənglər atılmış və həzin musiqi sədaları altında rəqs kollektivinin çıxışları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə