Suya qanunsuz qoşulmanın hüquqi çərçivəsi dəyişdirilir. SİA-nın xəbərinə görə, bununla bağlı İnzaibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən Millli Məclisə göndərilən layihədə İnzibati Xətalar Məcəlləsinin sudan qanunsuz istifadəyə görə cəza nəzərdə tutan maddəsi yeni redaksiyada verilib. Hazırda qüvvədə olan variantda su kəmərlərindən, kanallardan özbaşına su götürülməsi kimi verilən 101.2.3-cü maddə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması formasında dəyişdirilib. Qanunvericilik "az miqdarda ziyan" dedikdə 1000 manatadək olan ziyan nəzərdə tutulur.
Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vuran fiziki şəxslər 20 manatdan 40 manatadək miqdarda, vəzifəli şəxslər 60 manatdan 90 manatadək miqdarda, hüquqi şəxslər 150 manatdan 300 manatadək miqdarda cərimə edilir.
Qeyd edək ki, Məcəlləyə dəyişiklik parlamentin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB