Artıq yay ayları yetişir. İnsanlar ilin yorğunluğu və stressindən azad olmaq üçün ölkələrin, şəhərlərin, istirahət məkanlarınının seçimi barədə fikirləşirlər. Hər bir insanın fərdi seçimi var. Belə ki, bəziləri ölkə daxilində istirahət məkanlarına, bəziləri isə xarici ölkələrə üz tuturlar. Bəziləri isə istirahət məkanlarında dincəlməyi ağıllarından belə keçirmirlər. Bunun isə öz səbəbləri var...
Araşdırmalarımız nəticəsində məlum oldu ki, regionlarımızda olan istirahət məkanlarında dincələnlər heç də xarici ölkələrə gedənlərdən az pul xəcləmirlər. Yəni, regionlarımızda hər hansı bir oteldə və ya istirahət obyektində dincəlmək üçün ödənilməli məbləğ heç də Türkiyə, Macarıstan, Çexiya, BƏƏ, Fransa və s. ölkələrdəki istirahət məkanlarından ucuz deyil.
Regionlarımızda istirahət qiyməti dünya ölkələri ilə eynidir...
Bununla əlaqədar peşəkarların fikirlərini öyrənməyə çalışdıq. "Miracle Travel" şirkətinin satış üzrə meneceri Vüsalə Cavadova bildirdi ki, hazırda insanların istirahət üçün üz tutduqları yerlər əsasən Türkiyə və BƏƏ-dir. Onun sözlərinə görə, mövsüm zamanı qiymətlər yüksək olsa da, öncədən sifariş verməklə və ya kompaniyalara qoşulmaqla münasib qiymətlərə bu ölkələrə turpaketlər əldə etmək mümkündür. Menecer qeyd etdi ki, bu ölkələrdə 3 ulduzlu otellərdə 7 gün dincəlmək üçün qiymətlər 400 AZN-dən başlayır. Onun sözlərinə görə, 5 ulduzlu otellərdə isə qiymətər daha yuxarıdır. Buradakı xərclər bütün xidmətlər daxil olmaqla (gediş-gəliş bilet, yemək, nəqliyyat və s.) 1000 AZN-dən yüksəkdir: "Azərbaycanın regionlarındakı otellərə sifarişlər isə azdır. Ona görə də, biz bu istiqamətlərdə çalışmırıq. Ölkə daxilindəki otellərdə dincəlmək istəyənlərin az olmasının səbəbi oradakı qiymətlərlə xarici ölkələrdəki qiymətlərin demək olar ki, eyni olmasıdır".
Digər bir neçə turizim şirkəti ilə də əlaqə saxladıq və məlum oldu ki, insanlar istirahət üçün regionlarımızdan ən çox Şamaxı, Qəbələ, Şəki, Masallı, Yardımlı istiqəmətində sifarişlər verirlər. Şəkidə otellərdə iki sutkalıq istirahət təxmini 95 AZN-dir. Qubadakı otellərə təlabat az olsa da, burada 2 sutkalıq istirahət təxminən 70-75 AZN-ə başa gəlir.
Xarici ölkələrdən isə daha çox Türkiyə, BƏƏ, Çexiya, Macarıstan, Fransanın istirahət mərkəzlərinə maraq yüksəkdir. Dubaydakı (BƏƏ) otellərdə 5 günlük istirahət (viza və gediş-gəliş bilet daxil olmaqla) təxmini 450 AZN, Macarıstanda 1 həftəlik istirahət (viza və gediş-gəliş bilet daxil olmaqla) təxmini 420 AZN, Çexiya və Fransada isə bir həftəlik istirahət (viza və gediş-gəliş bilet daxil olmaqla) təxmini 790 AZN edir.
Ancaq maddi vəziyyəti yüksək olmayanlar bütün bu xərcləri dəfələrlə azalda da bilər. Oteldə qalıb, fitnes, cakuzi, massaj və s. xidmətlərdən istifadə etmək mütləq deyil. Belə ki, regionlarımızda bir neçə günlük şəxsi evlər və villalar da kirayə verilir. Belə villaların qiymətləri isə bir günlük 20-40 AZN arasında dəyişir (insanların sayının fərqi yoxdur). 6 nəfər gündəlik 45 manat hesablamaqla (hər kəs üçün ayrı) oteldə dincələrsə (yalnız səhər yeməyi daxil), bir həftəlik 1890 AZN edir. Belə villada isə bir həftəlik istirahət etmək ən çoxu 280 AZN, yemək isə təxmini 300-350 AZN olsa, ümumilikdə 630 AZN edir. Bu isə oteldəki qiymətdən 3 dəfə azdır.
Hər kəsə xoş istirahətlər arzusu ilə!
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB