Milli Təhlükəsizlik Nazirliyi (MTN) Şirvanda narkobaronları həbs edib. SİA-nın verdiyi məlumata görə, MTN-nin yerli şöbəsi Şirvan şəhərində son 1 həftədə uğurlu əməliyyat keçirib. Keçirilən uğurlu əməliyyat nəticəsində Mirzəyev İsmayıl Rafiq oğlu, Muradov Rəşad İlqar oğlu və Əkbərov Teymur Fikrət oğlunun üzərindən hələ ki çəkisi açıqlanmayan külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Həmin şəxslər saxlanılıb və istintaqa təhvil verilib.
Şəhərdə əks-səda verən əməliyyat Şirvan sakinlərinin sevincinə səbəb olub. Çünki həbs edilən şəxslər Şirvan şəhərində uzun illərdir ki, narkotik sataraq insanları, gəncləri zəhərləməklə məşğuldurlar. Polis tərəfindən dəfələrlə həbs olunan bu şəxslər nədənsə, məhkəmə tərəfindən vaxtından əvvəl azadlığa buraxılıblar və yenidən əməllərinə davam ediblər.
İqbal Mikayılov, Aran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB