Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel daşqınları baş verən Serbiyaya yardım göndərib. SİA-nın məlumatına görə, bu gün yardımla yüklənmiş təyyarənin yola salınma mərasimi keçirilib.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov yardımın Prezident İlham Əliyevin tapşırığı əsasında yola salındığını dilə gətirib.
Onun sözlərinə görə, yardımla yüklənən təyyarə bu gün axşam saatlarında yol düşəcək: "Yardıma müxtəlif texniki avadanlıqlar, müxtəlif ölçülü motorlu qayıqlar, 260 ədəd çadır, ədyal, elektrik generatoru, su pompaları və digərləri daxil edilib. Yardım çatdıqdan sonra FHN və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək".
Xatırladaq ki, Serbiyada və Bosniya və Herseqovinada 120 ilin ən güclü daşqını baş verib. Nəticədə onlarla insan həlak olub, minlərlə insan evsiz-eşiksiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB