Havanın temperaturu düşəcək Güclü külək əsəcək

Havanın temperaturu düşəcək Güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunacaq ilkin proqnozu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın SİA-ya verdiyi xəbərə görə, sabahdan şimal küləyi güclənəcəyi gözlənilir.

Onun sözlərinə görə, şimal küləyinin güclənməsi nəticəsində ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək.

Belə hava şəraiti mayın 20-də və 21-də müşahidə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə