Yunanıstanın səfiri Mərkəzi Kitabxanada olub FOTO

Yunanıstanın səfiri Mərkəzi Kitabxanada olub FOTO

Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni açılan Mərkəzi Kitabxanasında qonaq olub. SİA-nın xəbərinə görə, kitabxananın İnformasiya Resursları Mərkəzinin (İRM) direktoru Leyla İmanova səfirlə görüşdə yunan elminə dair ədəbiyyatların kitabxanada təmsil olunması mövzusunda söhbət aparıb, kitabxanada Yunan elm və ədəbiyyatının virtual sərgisinin, həmçinin mədəniyyət ocaqlarına virtual səfərin təşkilinə dair təkliflər irəli sürüb.

D. Tsounqas gələcəkdə hər iki ölkənin səfirlikləri və İRM ilə əməkdaşlıq əlaqələrini qurmağı yüksək qiymətləndirib, növbəti görüşlərdə Mərkəzi Kitabxanada yunan mifologiyası mövzusunda mühazirə ilə çıxış etmək niyyətini bildirib.

Görüşdən məmnun qaldığını ifadə edən səfir münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayıb.

Sonda qonaq Hüseyn Cavidin yunan dilinə tərcümə olunan "Şeyda" pyesinin broşürünü, yunan elm və mədəniyyəti, eləcə də dünya ədəbiyyatına dair ingilis dilində kitabları Mərkəzi Kitabxanaya hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə