Prezident İlham Əliyevin Vyetnama səfəri başlayıb FOTOLAR

İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Hanoyun Noi Bai beynəlxalq aeroportunda dövlət və hökumət nümayəndələri qarşılayıb
Prezident İlham Əliyevin Vyetnama səfəri başlayıb FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnama dövlət səfərinə gedib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gedib.

Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Sonra qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə