Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhəri Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə növbəti planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-y a verilən xəbərə görə, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib..
Başçəkmədə məqsəd saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar və əvvəlki başçəkmələr zamanı verilən tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı burada könüllü əsaslarla yerləşdirilən üç Filippin vətəndaşı ilə söhbət zamanı onlar saxlanılma şəraiti və rəftarla bağlı narazılıq etməyiblər.
Qeyd edilməlidir ki, başçəkmənin nəticələri qənaətbəxş olub, adı çəkilən müəssisə standartlara cavab verir və əvvəlki başçəkmələr zamanı verilən bütün tövsiyələr icra edilib. Əlavə olaraq yeni kitabxana istifadəyə verilib, habelə saxlanılan şəxslərin məişət şəraitinin daha da yaxşılaşdırılması üçün bu müəssisə kifayət qədər geyim və lazımi vəsaitlərlə təchiz olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB