Antidiffamasiya Liqası (ADL) adlı hüquq müdafiə təşkilatı maraqlı araşdırma aparıb. Abraham Foksmanın rəhbəri olduğu təşkilatın araşdırmasına əsasən MDB ölkələri arasında ən antisemit olanı müəyyənləşdirilib. Araşdırma nəticəsində müəyyən olunub ki, MDB ölkələri arasında antisemitizm indeksinə görə ilk sırada qərarlaşan dövlət Ermənistandır.
Antidiffamasiya Liqasının müxtəlif kateqoriyaların təhlil əsasında gəldiyi nəticəyə əsasən ermənilərin 58 faizinin yəhudiləri görməyə gözü yoxdur. ADL hesab edir ki, Ukraynada bu göstərici 38 faiz təşkil edir. Baxmayaraq ki, Ukraynada baş verən son hadisələrdən sonra yəhudilər bu ölkəni tərk etməyə başlayıb. "Maydan" hadisələrinin ən qızğın vaxtında "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibokun yəhudiləri məhvə etməyə çağırış etməsi ilə bağlı informasiyalar yayılmışdı. Buna baxmayaraq, Ukrayna belə, antisemitizm məsələsində Ermənistandan geri qalır. Onu da qeyd etmək lazımdır ki, bu partiya Avropada da terrorçu və antisemit partiya kimi qəbul edilir. Radikal çıxışların və silahlı toqquşmaların mərkəzində yer alan "Sağ sektor" təşkilatı və Dmitri Yaroş yəhudiləri məhv etməyi "hüquqi iş" adlandırmışdılar. Sorğu nəticəsində antisemitizm Estoniyada 36 faiz, Gürcüstan və Qazaxıstanda 32, Moldova və Rusiyada 30, Latviyada 28, Litvada 22 faiz təşkil edib. Bu haqda məlumat yayan "PanArmenian.net" yazır ki, hazırda Ermənistanda 400 yəhudi əsilli insan yaşayır. Təkcə elə bu rəqəm Ermənistanda yəhudilərə olan münasibətin göstəricisidir. Tolerantlıq, multikulturalizmdən çox uzaq olan Ermənistan cəmiyyəti nəinki yəhudiləri, ümumiyyətlə digər millətləri sevmir. Onlar ancaq özlərindən güclü olanın qarşısında qul olmağı sevirlər. "PanArmenian.net" maraqlı bir məqama da toxunaraq yazır ki, heç yəhudilər də erməniləri sevmirlər: "Bu gün İsraildə sorğu keçirsələr məlum olar ki, yəhudilərin 60 faizi erməniləri sevmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB