Prezident Norveç kralını təbrik etdi

"Azərbaycanla Norveç arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək"
Prezident Norveç kralını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycanla Norveç arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə