Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə
Quliyev Anar Adil oğlu
Primov Eldar Əskər oğlu
"Tərəqqi" medalı ilə
Cəfərova Reyhan Ələsgər qızı
Kazımova Esmira Zeynal qızı
Rüstəmov Teymur Aslan oğlu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB