Türkiyənin TRT teleradiosu Urmiya gölündəki son vəziyyəti özündə əks etdirən şəkilləri dərc edib. SİA-nın xəbərinə görə, TRT-nin fars redaksiyasında yayımlanan şəkillərdə dünyanın ikinci ən böyük duzlu gölü olan su hövzəsindəki acınacaqlı durum açıq şəkildə nəzərə çarpır.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB