Qızlar yenidən Ali Hərbi Məktəbə daxil ola biləcəkmi?

Qızlar yenidən Ali Hərbi Məktəbə daxil ola biləcəkmi?

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında qızların Ali Hərbi Məktəbə daxil ola bilməsinin bərpa edilməsi məsələsini qaldırıb.

SİA-nın məlumatına görə, Q. Paşayeva 2009-cu ildən etibarən Azərbaycanda qızların Ali Hərbi Məktəbə daxil olması dayandırıldığını dilə gətirib. O bildirib ki, Müdafiə Nazirliyinin sifariş olmadığından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu qəbulu aparmır:

Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə ona müraciətlər edilib: "Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Ona görə də hesab edirəm ki, hərbçi olmaq istəyən qızlarımızın önünə baryer çəkməyə ehtiyac yoxdur. İnanıram ki, indiki müdafiə nazirimiz hərbiçi olmaq istəyən qızların arzu və istəklərini nəzərə alaraq, bu məsələyə pozitiv yanaşacaq və bu məsələ öz həllini tapacaq və qızlar yenidən Ali Hərbi Məktəbə daxil ola biləcəklər. Bu, həmçinin orduda da psixoloji baxımdan müsbət təsir edər".

Bütün xəbərlər Facebook səhifəmizdə