Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin vergilərdən tamamilə azad olunmasını təklif edib. SİA-nın məlumatına görə, parlamentin bugünkü iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Ermənistanla ön cəbhədə yerləşən kəndlərdə işsizliklə bağlı problemləri olduğundan həmin bölgələrdə yeni iş yerlərinin açılmasına böyük ehtiyac var: "Sərmayədarlar risk bölgəsi olduğu üçün burada iş qurmağa o qədər maraqlı deyillər. Ən azı kiçik sərmayələri bu əraziyə cəlb etmək, insanların iş yerləri yaratması üçün ön cəbhə kəndlərinə vergi güzəştlərinin, vergidən azad olunmanın tətbiqi olunması vacib addım olardı. Bu o kəndlərə böyük dəstək olmaqla bərabər, kiçik və orta sahibkarları bu kəndlərdə iş qurmağa təşviq edən önəmli addımlardan olardı".
Qənirə Paşayeva bu məsələyə müsbət yanaşılacağına və öz həllini tapacağına inandığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB