Türkiyəyə yardım kampaniyasına başlandı

Türkiyəyə yardım kampaniyasına başlandı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım kampaniyasına başlayıb. Bu barədə SİA-ya mətbuat xidmətindən məlumat verilib.

"Mərhəmətinizi əsirgəməyin!" devizi altında keçirilən kampaniya faciədə həyatlarını itirmiş insanların ailə üzvlərinə yardım edilməsi məqsədilə təşəbbüslə çıxış edən insanların, xüsusilə millət vəkillərinin təşəbbüsü nəzərə alınaraq başladılıb.

Qeyd edək ki, AzQAC tərəfindən Türkiyənin Van vilayətində və İranın şərqi Azərbaycan ərazisində baş vermiş zəlzələdən, Somalidəki səfalətdən əziyyət çəkənlərə maddi yardım məqsədilə belə kampaniyalar keçirilib. Yerli hökumət və qeyri-hökumət strukturları, ayrı-ayrı şəxslər, iş adamları, müxtəlif şirkətlər və millət vəkilləri bu kampaniyalarda fəal iştirak ediblər.

Kampaniya barədə məlumat almaq istəyənlər (012) 493-84-81 telefon nömrəsinə zəng edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə