Bakı şəhər ərazisində dayanma, durma, parklama qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
O bildirib ki, görülən inzibati tədbirlər artıq öz nəticəsini göstərir və bu kimi qayda pozuntularının sayı azalmaq üzrədir. Onun sözlərinə görə, əvvəllər gün ərzində dayanma, durma, parklanma qaydalarının pozulması ilə bağlı sürücülərə və avtomobil sahiblərində 300 inzibati protokol tərtib edilibsə, indi bu rəqəm 150-yə enib: "Düzgün park edilməyən avtomobillər evakuasiya edilir. Bort-kompüterlər vasitəsilə fotomaterial hazırlanır və yaxud yerindəcə sürücülərə inzibati qaydada protokol tərtib edilir. Artıq hiss olunur ki, sürücülər qanun-qaydalara riayət edilməsinə ciddi yanaşmağa başlayıblar. Görünür, yazılmış çoxsaylı inzibati protokollar və cərimələr istər-istəməz onların ailə büdcəsinə mənfi təsir edir. Onlar qanuni duracaqlardan istifadə edirlər ki, bu da çox müsbət haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB