Bu gün parlamentin plenar iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" haqqında qanun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, medal Azərbaycan vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilir: "Qanunun 1.1-ci maddəsində göstərilən xidmətlərə görə ölkənin digər orden və medalları ilə təltif edilən şəxslər eyni xidmətlərinə görə adıçəkilən medalla təltif edilə bilməzlər".
O həmçinin bildirib ki medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılır.
Məlumat üçün bildirək ki, medal diametri 30 mm olan, bürüncdən tökülən və qızıl suyuna çəkilən dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində 3 dairə əks olunub. I dairədə yuxarı qövs boyunca "Azərbaycan Milli Elmlər Akademiyası", aşağı qövs boyunca "Nizami Gəncəvi" sözləri yazılıb. II dairəsnin üzrəi şəbəkəvari naxışlarla haşiyələnib, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunub.
Qeyd edək ki, qanun layihəsi qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB