Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə işgüzar görüş keçirilib
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Azərbaycan Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşları ilə işgüzar görüş keçirilib.
SİA-nın məlumatına görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak edib. "AmCham"ın bank-maliyyə-sığorta və vergi-gömrük komitələrinə üzv olan şirkətlərin nümayəndələri Vergilər Nazirliyinin əməkdaşları – nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisinin birinci müavini Elçin Məmmədov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəis müavini Həmid Zeynalov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbov ilə görüşüblər.
Tədbirin açılışında çıxış edən N. Şirinov nazirlik ilə Palata arasında çox səmərəli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayıb. Görüş zamanı N. Şirinov və Vergilər Nazirliyinin əməkdaşları palata üzvlərinə Azərbaycanda vergi qanunvericiliyində son dəyişik və əlavələr, həmçinin son islahatlar və vergi hesabatlığın "e-hökumət" vasitələri ilə həyata keçirilməsi perspektivləri haqqında məlumat verib.
Görüşün ikinci hissəsində Vergilər Nazirliyinin əməkdaşları işgüzar adamların suallarını cavablandırıb. Görüşün yekunu olaraq tərəflər dövlət ilə özəl sektor arasında qarşılıqlı dialoqu tənzimləməyə davam edən əməkdaşlığın gələcəkdə davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB