Dəhşətli istilər gəlir PROQNOZ

Dəhşətli istilər gəlir PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, yaxın iki gün ərzində Azərbaycanda hava şəraiti dəyişməz olaraq qalacaq. Hava şəraiti metohəssas insanlar üçün əlverişli sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə