Parlamentin bugünkü iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə regionlarda reallaşan iqtisadi layihələr və açılan yeni iş yerlərindən danışıb. SİA-nın xəbərə görə, onun fikrincə, Azərbaycan regionlarında qaynar həyat hökm sürür.
O bildirib ki, bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib: "Təəccüblüdür ki, 10 il bundan qabaq belə işlər görülmürdü. 114 milyon manat satınalmalar üzrə vəsaitə qənaət edilib. Bu da onu göstərir ki, şəffaflıq istiqamətində xeyli işlər görülüb. Əgər dövlət büdcəsində 1 faiz əsaslı xərclərə qənaət etsək, bu, artıq 70 milyon manat deməkdir".
Z. Səmədzadə dövlət borclarının həcminin artması ilə bağlı iradlara da cavab verib: "Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz həmin borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, bununla yanaşı ümumi daxili məhsulun həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada yüzdən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB