Mədən şəhidləri MM-də yad edilib

Mədən şəhidləri MM-də yad edilib

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən kömür mədənində baş verən partlayışda həlak olanlar Milli Məclisin bu gün keçirilən plenar iclasında 1 dəqiqəlik sükutla yad edilib. SİA-nın xəbərinə görə, spiker Oqtay Əsədov bütün millət vəkillərinin adından qardaş ölkəyə baş sağlığı verib.

Daha sonra çıxış edən spiker deyib ki, bu gün heç bir cari məsələ müzakirə olunmayacaq.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri iclasın gündəliyinə daxil edilən birinci məsələ ilə bağlı məlumat verib. Onun sözlərinə görə, ilk müzakirə olunacaq məsələ "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsidir.

Z. Səmədzadə bildirib ki, son 10 il ərzində ÜDM 3,4 dəfə artıb: "Ölkə iqtisadiyyatına qoyulan investisiyalar 150 milyonu ötüb".

Qeyd edək ki, iclas davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə