Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına Şamaxı Astofizika Rəsədxanası və Tusi Bohm Planitariumün təşkilatçılıgı ilə "Astranomiya Günü" keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk olaraq Rəsədxanasının Elmi işlər Üzrə direktor müavini Xıdır Mikayılov astranomiyaninin tarixindən və gələcəyindən danışıb.
Rəsədxananın elmi katibi Vaqif Xəlilov isə rəsədxananın tikilməsindən və astranomiyanin keşiyində duran insanların zəhmətini xatırladıb.
Rəsədxananın aparıcı elmi işçısi Ədalət Ətayi isə bütün dünyada qeyd olunan Astranomiya günü haqda ümumi məlumat verib. Onun sözlərinə görə, Astronomiya Günü hər il aprel ayının ikinci yarısı ilə may ayının birinci yarisi arasındakı şənbə gününə düşür: "Amma ən maraqlısı odur ki, məhz həmin şənbə günü ayın dörddən bir hissəsi görünür. Bu günü qeyd edən dünya astranomları həm də insanların diqqətini planetlərə, onlarin öyrənilməsinə yönəldirlər".
Azərbaycanlı iş adamı, Tusi Bohm Planitariumun ölkədəki yaradıcısı Tahir Gözəl isə yaxın iki il ərzində, hazırlıqlar biitdikdın sonra kosmosa uçmaga hazırlaşdıgı haqda qonaqlara məlumat verib.
İlk Azərbaycanlı Kosmonavt olacagından və bütün Dünyada qeyd olunan Astranomya Günündən danışan Tahir Gözəl bu zalda otutran məktəblilərin arasından da kosmonavt çıxacagına ümid etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB