Metropoliten baş verən hadisəyə aydınlıq gətirdi

Metropoliten baş verən hadisəyə aydınlıq gətirdi

Bu gün Bakı metrosunda Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkətdə olan qatarlardan birində tüstülənmə baş verib. Nəticədə qatarların gedişində 20 dəqiqədən çox fasilə yaranıb.

Məsələ ilə bağlı "Bakı Metopoliteni"nin mətbuat xidmətindən əlaqə saxladıq. Oradan SİA-ya verilən xəbərə görə, bu gün saat 08.09-da 38 saylı marşrutla hərəkət edən qatarın 4-cü 4-cü vaqonunda tüstülənmə olub. Tüstülənmə "Koroğlu" stansiyasında qatar platformada olarkən baş verib.

Sərnişinlər dərhal qatardan boşaldılıb. Qatar baxış üçün depoya göndərilib. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb.

Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. 08.30-da bütün qatarların hərəkəti bərpa olunub.

Tüstülənmənin səbəblərinə gəlincə, mətbuat xidmətindən bildirdilər ki, hələlik səbəblər məlum deyil. Qatar tam şəkildə baxışdan keçdikdən sonra hadisənin səbəbləri müəyyən olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə