Bu gün Yeni Azərbaycan Partiyasi (YAP) Yasamal rayon təşkilatı Qadınlar Şurası 15 may beynəlxalq ailə günü münasibəti ilə 31 nömrəli məktəbin şagirdləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şükubə Məmmədsalahova bildirib ki, beynəlxalq ailə günü BMT Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərarına əsasən təsis olunub.
Cəmiyyətdə ailə münasibətlərinin önəmindən danışan Yeni Azərbaycan Partiyası Yasamal tayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova qeyd edib ki, bu gün qızların təhsil alması, savadlanması gələcəyin sağlam ailəsinin təməlidir.
Çıxışı zamanı Tamilla Şahbazova ailə mədəniyyətinin əhəmiyyətindən də danışıb.
Daha sonra çıxış edən Yasamal rayon Qeydiyyat söbəsinin müdiri İlahə Ələsgərova erkən qurulan ailələrdə yaranan problemlərdən danışıb, iş və ailə həyatı arasında balansın vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB