“Tarix Klubu” layihəsinin növbəti müzakirəsi keçirilib

“Tarix Klubu” layihəsinin növbəti müzakirəsi keçirilib

Bugün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində "Tarix Klubu" layihəsinin 6-cı müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, müzakirə 18 may Laçın rayonunun işğal tarxixinə həsr olunub. Çıxış edən YAP GB-nin koordinatoru Elmar Məmmədov belə tədbirlərin YAP GB-də daimi keçirldiyini gənclərin diqqətinə çatdırıb. Daha sonra "Tarix Klubu" layihəsinin rəhbəri, YAP GB-nin əməkdaşı Leyla Kərimova layihə və mövzu haqqında iştirakçılara geniş məlumat verib. L.Kərimova Laçın rayonunun yaranma tarixindən, coğrafiyasından, tarixi və mədəniyyət abidələri haqqında təqdimat edib. Layihə rəhbər həmçinin qeyd edib ki, əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Sonra YAP GB-nin fəal gənci Şamil Əlizadənin hazırladığı "Ana Yurdum Laçınım" filmi gənclərə təqdim edilib. Sonda müzakirədə iştirak edən gənclər mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə