Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın qurultay keçirməsinə icazə verdi

Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın qurultay keçirməsinə icazə verdi

Müsavat Partiyasının qurultay keçirməsinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verir. SİA-ya verilən məlumara görə, bu barədə agentliyin elektron poçtuna Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə daxil olmuş məktubda qeyd olunub.

Müsavat Partiyasının başqanı İsa Qəmbərə ünvanlanmış məktubda qurultayın keçirilməsi ilə bağlı göndərilmiş məktuba Bakı Şəhər İcra Hakimiyyətində baxıldığı haqda qeydlər var: "Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti siyasi partiyalar, o cümlədən partiyanız tərəfindən qurultayların keçirilməsi barədə müraciətlərə əvvəllər də baxılaraq müvafiq yerləri təklif etmiş və həmin tədbirlərin keçiriulməsi üçün zəruri şərait yaratmışdır. Lakin rəhbərlik etdiyiniz partiya müxtəlif bəhanələrlə həmin yerlərdə qurultay keçirməkdən imtina etmişdir.

Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti partiyanızın planlaşdırdığı növbəti VIII qurultayının keçirilməsi üçün 1000 nəfər iştirakçının yerləşə biləcək Bakı şəhər S.Bəhlulzadə adına Mədəniyyət Evini təklif edir.

Bununla əlaqədar olaraq S.Bəhlulzadə adına Mədəniyyət Evinin rəhbərliyi ilə müvafiq razılaşma əldə etdikdən sonra orada 24 may 2014-cü il tarixində saat 10:00-dan 18:00-dək planlaşdırdığınız qurultayın keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti etiraz etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə