Bakı Şəhər İcra Hakimiyyəti 18 may 2014-cü ildə 6 nəfərin təşkilatçılığı ilə 3000 nəfərlik mitinqin keçirilməsinə icazə verməyib. SİA-nın elektron poçtuna Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun adından daxil olan rəsmi məktubda bunun səbəbləri göstərilib: "Sizin 12 may 2014 – cü il tarixli birgə imzaladığınız müraciətinizə Bakı Şəhər İcra hakimiyyətində baxılıb. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində toplantıların keçirilməsi üçün müvafiq yerlər ayırıb. Siyasi partiyaların, ictimai təşkilatların və birliklərin daxil olan müraciətlərinə "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən baxılmış və həmin yerlərdə toplantıların keçirilməsi razılaşdırılıb.
Eyni zamanda, amorf şəklinə olan sizin müraciətinizdə hansı siyasi partiyanı, ictimai təşkilatı və ya birliyi təmsil etdiyiniz məlum olmadığından, müraciətdə göstərilən altı nəfər tərəfindən üç min nəfərlik toplantının təşkil edilməsi ictimai asayişin qorunması, iğtişaş və ya cinayətlərin baş verilməməsi, əhalinin sağlamlığının mühafizəsi, habelə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi üçün çətinlik yarada bilər.
Qeyd edirik ki, toplantının təşkilatçıları tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilib və toplantıya qoyulan şərtlərə uyğun olaraq keçirilməsini təmin etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
Bununla əlaqədar "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə müvafiq olaraq 18 may 2014-cü il tarixdə saat 16.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB