DSX sədri Elçin Quliyev gürcü naziri qəbul edib

DSX sədri Elçin Quliyev gürcü naziri qəbul edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul edib. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntəqələrində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əmək­daş­lı­ğın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaq­mal­çılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə