Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyid-zadə Şri Lankanın Kolombo şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Dünya Gənclər Forumunda iştirak edib.
Təşkilatdan SİA-ya verilən xəbərə görə, forum, Sri Lanka hökumətinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 100-dən çox ölkədən 1500-dən çox nümayəndə ətrafında toplayıb. Konfransın əsas məqsədlərindən biri Gənclər Post-2015 inkişafında BMT-nin gündəliyində gənclərin müzakirə və tövsiyələr üçün bir məkan yaratmaq idi. Tədbirin sonunda Kolombo Gənclər Bəyannaməsi qəbul edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2014-cü ilin aprelində BMT-nin Gənclər Post-2015 Qlobal Əməkdaşlıq proqramının tərəfdaşı kimi təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB