Komitə sədri: “Boşanmaların sayının artması ilə bağlı statistika düzgün deyil”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sdəri Hicran Hüseynova boşanmaların sayının artması ilə bağlı statistikaya münasibət bildirib. SİA-nın məlumatına görə, komitə sədri yayılan rəqəmlərin düzgün olmadığını dilə gətirib: "Boşanmaların sayının artması ilə bağlı statistika düzgün deyil".
Gənc ailələr üçün ölkədə yaradılan şəraitdən danışan komitə sədri bildirib ki, bu gün gənc ailələr üçün böyük imkanlar yaradılıb, onların ev məsələləri və digər problemləri həll olunub: "Gənc ailələrin yaranmasında valideynlərin böyük rolu var. Gənclər ailə quran zaman valideynlərin təsiri altına düşürlər. Belə olan halda həmin gənc ailənin gələcəyi şübhə altında qalır. Lakin böyük məsuliyyətlə qurulan ailələrdə vəziyyət tamamilə başqa cür olur. Belə ailələri gələcəyi gözəl olur. Bu gün gənc ailələr üçün böyük imkanlar yaradılıb, onların ev məsələləri və digər problemləri həll olunub. Bu da təbii ki, inkişafın böyük nəticələridir. Elə insanlar var ki, bu işə məsuliyyətsiz yanaşırlar və nəticədə onların qurduğu ailə uzun sürmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB