İsveçrə-Azərbaycan biznes forumu keçiriləcək

İsveçrə-Azərbaycan biznes forumu keçiriləcək

İsveçrənin paytaxtında İsveçrə-Azərbaycan biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, mayın 26-da Azərbaycan Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Bern şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Azpromo tərəfindən İsveçrə-Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə