Frensis Qarriyə Azərbaycanda fəxri doktor adı verildi

Frensis Qarriyə Azərbaycanda fəxri doktor adı verildi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarriyə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən akademiyanın rektoru Urxan Ələkbərov deyib ki, F. Qarri ikinci dəfə ÜƏMT sədri seçiləndən sonra ilk səfəri məhz Azərbaycana edib və bu da ÜƏMT-nin Azərbaycana diqqətinin göstəricisidir.

Daha sonra Dövlət İdarəçilik Təşkilatının Elmi Şurasının F. Qarriyə Akademiyanın fəxri doktoru adının verilməsi barədə qərar oxunub. F. Qarriyə diplom və xüsusi geyim təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə