Hərbi Dəniz Qüvvələri zabitləri ilə NATO nümayəndələri arasında görüş keçirilib

Hərbi Dəniz Qüvvələri zabitləri ilə NATO nümayəndələri arasında görüş keçirilib

Bakı şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ekspertlər tərəfindən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələləri müzakirə edilib.

Tədbir mayın 15-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə