Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Volqoqradda qeyd olundu FOTOLAR
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar Rusiyanın Volqoqrad şəhərində tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Volqoqrad şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa etdirilmiş Heydər Əliyevin adını daşıyan "Dostluq" parkında başlanan mərasimdə əvvəlcə tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətini əks etdirən abidə kompleksini ziyarət edərək baralefin qarşısına gül dəstələri düzüblər.
Tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx da nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan Volqoqrad şəhər İcraiyyə Komitəsi sədrinin müavini Aleksandr Subbotin bildirib ki, Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün keçmiş SSRİ-i məkanında unudulmaz şəxsdir. Aleksandr Subbotin qeyd edib ki, Heydər Əliyevin qurduğu Azərbaycan bu gün inkişaf dövrünü yaşayır və daim iqtisadi cəhətdən ciddi uğurlar əldə edir. Sədr müavini həmçinin Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Volqoqrad Şəhər Dumasının deputatı Andrey Taev isə xalqlarımız arasındakı əlaqələrə toxunub. Onun sözlərinə görə, bu gün Azərbaycan və rus xalqları ayrı-ayrı dövlətlərin vətəndaşları olsa da əlaqələr çox sıx formalaşıb. A.Taev "Dostluq" parkının Rusiya Azərbaycan dostluğunun nümunəsi adlandırıb.
Mərasimdə çıxış edən Volqoqrad vilayətindəki Azərbaycan diasporunun sədri Ağamalı Ələkbərov ümummilli lider Heydər Əliyev fenomeni haqqında danışıb. A.Ələkbərov tədbirin təşkilinə görə vilayət rəhbərliyinə təşəkkürünü bildirib.
Müharibə veteranı Vasiliy Şelestov isə bildirib ki, Heydər Əliyev bütün fəaliyyəti zamanı xalqların dostluğu və birliyi üçün müsbət addımlar atıb: "Heydər Əliyev ömrünün sonuna qədər böyük işlər gördü, insanları birliyə yönəltdi".
Volqoqrad Udin İcmasının sədri Riçard Qerqiyev isə Heydər Əliyevin SSRİ-nin rəhbərliyində təmsil olunan şəxs kimi fəaliyyətinə diqqəti yönəldib: "Volqoqraddakı Udin icmasının sədri kimi fəxr edirəm ki, Heydər Əliyev kimi şəxs Azərbaycanda doğulub, böyüyüb və təkcə öz xalqına deyil, dünyaya fayda verib. Onun fəaliyyəti nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycan torpağına sülh və əmin-amanlıq gəlib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan regionun və dünyanın inkişaf etməkdə olan ölkəsidir".
Tədbirdə Qafqaz xalqlarının digər icmalarının rəhbərləri də çıxış edib. Çıxış edənlər ümummilli lider Heydər Əliyevi böyük siyasətçi olmaqla yanaşı, vətəninə, xalqına bağlı bir insan kimi də xarakterizə ediblər. Onlar həmçinin Heydər Əliyev irsinin təbliğində, eləcə də bir çox böyük mədəni və sosial layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun misilsiz rolunun olduğunu qeyd ediblər. Mərasim bədii hissə ilə davam etdirilib.










.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB