"Müasir Azərbaycan Gənci və onun Gələcəyə Baxışı" ADA-da seminar-FOTO
Bu gün ADA Universiteti Tələbə Hökuməti tələbələrin özünü inkişaf və gələcək karyera planlarına kömək məqsədli seminarlar silsiləsinə start verib. SİA-nın xəbərinə görə, bu məqsədlə "Müasir Azərbaycan Gənci və onun Gələcəyə Baxışı" mövzusu ətrafında ilk seminar keçirilib.
İlk olaraq çıxış edən Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Gənclər Fondunun fəaliyyəti haqda iştirakçılara məlumat verib. Onun sözlərinə görə artıq üçüncü ildir ki, Gənclər Fondu gənclərə dəstək verir və bu müddət ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilmələri üçün şərait yaradılıb.
Fondun icraçı direktoru qeyd edib ki, müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə keçirilib: "Müsabiqələrdə qalib olan və icra edilən layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Qrant müsabiqələri ilə yanaşı, gənclər il boyu Fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı əldə edə biliblər".
Fərhad Hacıyev onu da qeyd edib ki, bu gün ölkəmizdə hər bir gəncə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Gənclər də onlar üçün yaradılan imkanlardan maksimum yararlanmalı, yeni təşəbbüslərlə çıxış etməlidirlər.
Qeyd edək ki, bugünkü seminarda Startup sahibi, İnternet Media üzrə mütəxəssis Elnur Baimov, KİV və PR texnologiyaları sahəsində mütəxəssis Əli Hacızadə və 19 Group-un Baş Produseri Emin Əfəndi çıxış ediblər.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB