Novruz Məmmədov Türkiyə vətəndaşlarına başsağlığı verdi

Novruz Məmmədov Türkiyə vətəndaşlarına başsağlığı verdi

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş partlayışla əlaqədar Türkiyə vətəndaşlarına başsağlığı verib. SİA bu barədə Novruz Məmmədovun "Twitter" səhifəsinə istinadən xəbər verir.

"Manisadakı faciə nəticəsində həyatını itirən bütün qardaşlarımıza Allah rəhmət eləsin"- deyə, PA rəsmisi qeyd edib.

Xatırladaq ki, Türkiyənin Manisa vilayətində kömür mədənində partlayış baş verib. Nəticədə 200-dən çox insan ölüb, yüzlərlə insan isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə