“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır”

“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır”

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans mayın 13-də Şirvan şəhərində keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəsləndiyini bildirib. Hikmət Eyvazov dini ayrı seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə DİN tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Şirvan ŞPŞ-nin rəisi, polis polkovniki Şahin Mirzəyev çıxışında şəhərdə radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Samid Abıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Tural Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə dini icmasının sədri Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə