"Biz talantlı gənc doktorantları axtarırıq. Kimin talantı varsa, gəlsin və biz də onu işlə təmin edək. Ancaq həmin gənclər çalışsınlar ki, fəaliyyət göstərdikləri istiqamətdə püxtələşsinlər". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə gənc doktorantların AMEA institutlarında işlə təmin olunması məsələsinə münasibət bildirərkən deyib.
AMEA rəhbəri vurğulayıb ki, gənc doktorantların işlə təmin olunması problem deyil: "Akademiya üçün talant axtarırıq. Talantlı doktorantlar institutlara, Rəyasət Heyətinə, öz elmi rəhbərinə müraciət etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB