BMT-nin xüsusi məruzəçisi Azərbaycana gələcək

BMT-nin xüsusi məruzəçisi Azərbaycana gələcək

BMT-nin xüsusi məruzəçisi cənab Çaloka Beyani ölkədə məcburi köçkünlərin vəziyyətini öyrənmək üçün 18-24 may 2014-cü il tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə SİA-ya BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından məlumat verilib.

Belə ki, Beyani Bakı və Sumqayıt şəhərlərində yerləşən məcburi köçkünləri və çox sayda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri ziyarət edəcək. Xüsusi Məruzəçi digər tərəflərlə bərabər Azərbaycan Hökuməti, BMT tərəfdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

23 may 2014-cü il tarixində, saat 16:00-da Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyində (BMT Evi) keçiriləcək mətbuat konfransında Beyani ilkin müşahidələrini media nümayəndələri ilə bölüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə