Sabirabadda ana doğuş zamanı ölüb. SİA-nın verdiyi məlumata görə, Saatlı rayonun Çolpı kənd sakini 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı Sabirabad rayon Regional Perinаtal Mərkəzdə həkimlər tərəfindən qeysəriyyə üsulu ilə əməliyyat zamanı dünyasını dəyişib. Ana qanaxmadan həyatını itirsə də, övladına həyat bəxş edə bilib.
Qeyd edək ki, mərhum ana bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə 1 uşaq dünyaya gətirib.
İqbal Mikayılov, Aran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB