"Gələn ildən Azərbaycanda gənc alimlər evlə təmin oluna bilər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, gənc alimlərin evlə təmin olunması məsələsi hər zaman akademiyanın gündəmindədir: "Hazırda akademiya yataqxanasının yerində yeni 4 korpuslu bina inşa olunur. Həmin binanın 2 korpusunda daha çox ehtiyacı olan gənc alimlərə yer ayrılacaq. Hazırda orada 12 və 13-cü mərtəbənin tikintisi gedir və hər hansı bir problem yoxdur. Binanın tikintisi aparılır və ilin sonuna kimi işlərin yekunlaşması gözlənilir. Güman edirəm ki, gələn ildən gənc alimlər evlərlə təmin oluna bilər".
A. Əlizadə həmçinin AMEA-nın "Gənclər şəhərciyi" layihəsinin akademiyanın 70 illik yubileyi münasibəti ilə hazırlanan Tədbirlər Planından çıxarılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, belə bir fikir yoxdur: "Hazırda Bakı şəhər İcra Hakimiyyəti ilə birgə "Gənclər şəhərciyi"nin inşa olunması üçün sahə axtarılır. Hazırda onun harada inşa olunacağı məlum deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB