"Azərbaycanın ənənəvi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi çox mürəkkəb problemdir". SİA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrin jurnalistlərə açıqlama verərkən deyib.
Onun sözlərinə görə, fəaliyyət göstərdiyi təşkilat folklor və ənənəvi mədəni irs nümunələrinin qorunmasına çalışır: "Qloballaşan dünyada ənənəvi mədəni irs nümunələri mənimsənilməyə daha həssas olur. Hər bir ölkənin spesifik mədəniyyətini nəzərə alaraq, biz bunun qorunması yollarını axtarırıq".
F. Qarri jurnalistlərə açıqlaması zamanı ÜƏMT-in Azərbaycanda öz nümayəndəliyini açmaq niyyətində olduğunu da dilə gətirib
O bildirib ki, təşkilatımız dünyanın bir neçə ölkəsində, o cümlədən Azərbaycanda nümayəndəliyinin açılmasında maraqlıdır. Bununla bağlı işlərimiz danışıqlar mərhələsindədir. Halı-hazırda proses davam edir".
F. Qarri həmçinin Azərbaycana səfəri çərçivəsində bir sıra rəsmi görüş keçirəcəyini də açıqlayıb.
O qeyd edib ki, ÜƏMT-lə Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir: "Xüsusilə, biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi ilə sıx əməkdaşlıq edirik. Elə səfərin məqsədi də bu əməkdaşlığın genişləndirilməsini müzakirə etməkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB