Nazirlər Kabineti "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydalar"nda dəyişiklik edib.
SİA-nın xəbərinə görə, dəyişikliyə əsasən, bundan sonra respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.
Qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdiriləcək. Özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB