Azərbaycanda Nüvə Elektrik Stansiyası tikiləcək

Azərbaycanda Nüvə Elektrik Stansiyası tikiləcək

Fransanın nüvə energetikası üçün avadanlıq istehsalı ilə məşğul olan "Areva" şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Milli Nüvə Araşdırmaları Mərkəzinin işinin təşkilində dəstək olacaq. Nazirlikdən SİA-ya verilən xəbərə görə, şirkətinin nüvə enerjisi sahəsində Mərkəzi və Yaxın Asiya ölkələri ilə iş üzrə nümayəndəliyinin direktoru Abbas Cəfəri Cəlali bildirib ki, bu günədək şirkət Azərbaycanın Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Radiasiya Problemləri İnstitutu ilə 2011-ci ildə imzaladığı müqavilə əsasında əməkdaşlıq edib.

Onun sözlərinə görə, bu müqavilə nüvə enerjisinin istehsalı ilə yanaşı, onun ümumi texniki tərəflərinin təkmilləşdirilməsini nəzərdə tuturdu: "Bu il Azərbaycan prezidenti İlham Əliyev bizim elektron nüvə texnologiyaları ilə bağlı təqdimatımızla tanış olduqdan sonra bu sahədə əməkdaşlığın genişləndirilməsinə göstəriş verdi. Biz də öz növbəmizdə bu sahədə malik olduğumuz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Belə ki, növbəti 3-4 həftə ərzində bizim ekspertlər Azərbaycanın Milli Nüvə Araşdırmaları Mərkəzinin yaradılması layihəsi çərçivəsində "Hazırlıq" adlanan mərhələsində yaxından iştirak edə bilərlər".

Qeyd edək ki, Fransanın "Areva" şirkəti nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə