Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova təqaüdə göndərilib. Nuranə Mərdanovanın yerli mətbuata verdiyi xəbərə görə, təqaüdə çıxması ilə əlaqədar vəzifənin icrası Nailə Məmmədovaya tapşırılıb.
Məsələ ilə əlaqədar Nailə Məmmədova ilə əlaqə saxladıq. O SİA-ya açıqlamasında faktı təsdiqləsə də, yeni mətbuat xidmətinə özünün təyin olunması ilə bağlı heç bir göstərişin olmamasını deyib: "Bəli, Nuranə xanım təqaüdə çıxıb. Mayın 6-sı onun ad günü idi və yaşının tamam olması təqaüdə çıxmasına əsas verirdi. Əslində o, bu həftənin 1-ci günündən işə çıxmamalı idi, ancaq bu gün İcra Hakimiyyətinə gələrək qalan əşyalarını götürüb. Yeni mətbuat xidməti vəzifəsinə kimin təyin olunacağına isə icra başçısının özü qərar verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB