Bakı şəhərinin Sabunçu rayonunda "Gənclər evi"nin açılışı olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və digər rəsmi şəxslər iştirak edib.
Azad Rəhimov bildirib ki, sayca 28-ci olan "Gənclər evi"ndə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb: "Burada trenajor, fitnes zalları, kompüter otaqları, bir araya toplanıb yeni layihələr üzərində çalışmaq üçün münasib otaqlar, bir sözlə, hər cür şərait var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB