Yas çadırlanın yığışdırılması ilə bağlı bəzi təkliflər var. Çox təəssüf ki , yas çadırlarında qaydalar pozulur. Bir tərəfdə kimlərsə siqaret çəkir, digər tərəfdə yemək yeyilir, bir tərəfdədə mollla Quran oxuyur. Bu yolverilməz hərəkətlərdir". SİA-nın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanlar İdarəsinin rəisi Şeyxülislam Allahşükür Paşazadə bu gün keçirilən konfransda çıxış edərkən deyib.
Şeyxülislam deyib ki, belə bir qərarın 20 il bundan əvvəl verilməsi nəzərdə tutulsa da, hələ də qəbul olunmayıb: "Biz bunu Hacı Sabirlə 20 il əvvəl bunu yığışdırmaq barədə düşünmüşdük. Fikirləşmişdik ki, gələn adam yasda başsağlığı versin, getsin. Din xadimləri də 1-2 saat yas çadırında qalsın, sonra getsin. Qurana məsciddə qulaq asılmalıdır. Gələcəkdə bu məsələlərinin üzərinə gəlinəcək. Bunlar kommunist rejiminin gətirdiyi bəlalardır".
Qadınların yas mərasimlərinə də toxunan Qafqazın Şeyxi bildirib ki, yas mərasimində mərsiyə oxuyanlarla bağlı iş görmək lazımdır: "Qadınlara orada nə deyirlər, bilinmir. Böyük bacım kənddə yaşayır, orucluqda kəndə getmişdim. Gördüm ki, bir çaynik aparır. Dedim ki, orucluqda niyə çay aparırsan? Dedi ki, mərsiyə oxuyan belə istəyir. Biz bu məsələyə gələcəkdə diqqət yetirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB