İdeoloji sahədə qalib gəlmədən heç bir sahədə qalib gəlmək olmaz. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran) deyib.
O bildirib ki, gənclərimiz düzgün yolda olmasa, uğur əldə edə bilmərik: "Ümummilli Lider Heydər Əliyev də deyib ki, gənclərimiz dini olduğu kimi öyrənməlidir, biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı qüvvələr islam adı altında gənclərimizi zədələsinlər. Bu gün ayrı-ayrı qruplar gənclərə fanatizm ruhu aşılamaq istəyirlər. Bu gün cəmiyyətimizdə baş verən hadisələrə baxsaq görərik ki, gənclərimiz Suriyada həyatlarını heç nədən məhv edirlər. Biz heç bir kəsin dini etiqadına, dəstəklədiyi hansısa dini istiqamətin ayinlərini yerinə yetirməsinə etiraz etmirik. Bu, Konstitusiyada da əksini tapıb. Lakin qanunvericiliyə görə heç kəs başqasını şirnikləndirməklə zorla öz təsiri altına sala bilməz. İnanıram ki, bu kurs insanların intellektual səviyyəsinin artması istiqamətində səmərəli olacaq. Kənarda iki fərqli təriqət daşıyıcısının dialoqunda kim daha intellektualdırsa, cəmiyyətdə o rəğbətlə qarşılanacaq. Biz intellektual olmalıyıq ki, həmişə qalib olaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB